вторник, 15 марта 2016 г.

VIII GÜN


Artıq təlimin 8-ci günündəyik. Bu gün Google alətləri ilə daha ətraflı tanış olduq. Google photo, drive və digər Veb 2.0 alətlərinin funksiyalarını mənimsəyib, həmin alətlərdən istifadə edə bilmək üçün müəyyən olunmuş saytlarda qeydiyyatdan keçdik və onları öz layihəmizə tətbiq etməyə başladıq.

  Bundan başqa, URL ünvanları ilə tanış olduq. Hazırlayacağım layihədə lazım olacaq fotoları google axtarış sistemindən yükləyib, url ünvanlarını resurlar bölməsində qeyd etdim.Eyni zamanda mövzu planının yazılması ardıcıllığını müəyyən edib, layihə planında qeyd etdik. 






суббота, 12 марта 2016 г.

VII GÜN

Bu gün təlimdə bir neçə google alətləri ilə tanış olduq və onların funsiyalarını öyrənib, tətbiq etməyə başladıq. Google drive diskində istənilən materialları təhlükəsiz vəziyyətdə saxlamaq imkanı olduğunu öyrəndik. Bir neçə qovluqlarımı diskdə yerləşdirdim.

Eləcə də hazırladığımız müəllim təqdimatını cütlər şəklində müzakirə etdik. Bir-birimizin təqdimatına rəy bildirdikdən sonra müəyyən dəyişiklik etdik.

Təlimçilər bizi XXI əsr bacarıqları haqqında materialları ilə tanış etdilər. Həmin materialdan layihəmizə uyğun müəyyən bacarıqlar seçib, layihə planına əlavə etdik.

четверг, 10 марта 2016 г.

VI GÜN

Bu gün hazırlayacağımız layihə üçün müəllim təqdimatına start verdik. Müəllim təqdimatı üçün nəzərdə tutulan xüsusiyyətlərlə təlimçilərimiz tərəfindən məlumatlandırıldıq. PowerPoint proqramında təqdimatı hazırlayıb, yekunlaşdırdım. Həmçinin şagirdlərin qrup işlərini müəyyənləşdirib, birlikdə müzakirə etdik. 

пятница, 4 марта 2016 г.

V GÜN

Bu gün qiymətləndirmənin növləri ilə yenidən məlumatlandırıldıq. Layihə əzrində şagirdlərin işlərinin mütəmadi, eləcə də sonda hər bir şagirdin nəticəsinə əsasən summativ qiymətləndirmə həyata keçiriləcək. 


BİBÖ cədvəlində mövzuya uyğun suallar                                                             tərtib etdik, daha sonra KLASTER üsulu ilə                                                           müxtəlif məlumatları yerləşdirib, maraqlı                                                             dizayn verdim.

четверг, 3 марта 2016 г.

IV GÜN

Təlim uğurla davam edir. Bu gün təlimçilərimiz ilə birlikdə blog yazıların müzakirəsini etdik. Hamımız bir-birimizin bloglarına münasibət bildirdik. Bundan başqa, Microsoft Publisher programıyla tanış olduq və layihədə fəal nəticə göstərəcək şagirdlər üçün müxtəlif sertifikatlar hazırladıq.

  İşləyəcəyim mövzuya uyğun 2 standart və onlara uyğun təlim məqsədləri seçdim. Layihə üzərində tam səylə çalışıram. 


вторник, 1 марта 2016 г.

III GÜN


Bu gün layihənin əsas sualları- TƏMƏL, MÖVZU, MƏZMUN ilə tanış olduq. Layihə zamanı hazırlayacağım mövzunu dəqiqləşdirib, ona uyğun təməl, mövzu və məzmun suallarını seçdim, təlimçilərimizlə müzakirə etdik. Mövzum- "Vidadi Nərimanbəyovun  yaradıcılığında müharibə mövzusudur".  


UĞURLU OLACAĞINA İNANIRAM! 

                                                                             


                                                                         

суббота, 27 февраля 2016 г.

II GÜN

 Bu gün BLUM TAKSONOMİYASI ilə biliklərimizi bir daha möhkəmləndirdik, hazırlayacağımız layihədə Blum taksonomiyasının ən yüksək pillələrindən istifadə edcəyimiz haqqında müzakirələr etdik. 

Mövzuların öyrənilməsi planı, eləcə də layihə metodikasının sturukturu ilə tanış olduq.