суббота, 12 марта 2016 г.

VII GÜN

Bu gün təlimdə bir neçə google alətləri ilə tanış olduq və onların funsiyalarını öyrənib, tətbiq etməyə başladıq. Google drive diskində istənilən materialları təhlükəsiz vəziyyətdə saxlamaq imkanı olduğunu öyrəndik. Bir neçə qovluqlarımı diskdə yerləşdirdim.

Eləcə də hazırladığımız müəllim təqdimatını cütlər şəklində müzakirə etdik. Bir-birimizin təqdimatına rəy bildirdikdən sonra müəyyən dəyişiklik etdik.

Təlimçilər bizi XXI əsr bacarıqları haqqında materialları ilə tanış etdilər. Həmin materialdan layihəmizə uyğun müəyyən bacarıqlar seçib, layihə planına əlavə etdik.

Комментариев нет:

Отправить комментарий