Təlimdən əldə etmək istədiyim hər bir şeyə nail oldum və bunun üçün təlimçilərimizə təşəkkür edirəm!
вторник, 29 марта 2016 г.
XV GÜN
Təlimdən əldə etmək istədiyim hər bir şeyə nail oldum və bunun üçün təlimçilərimizə təşəkkür edirəm!
вторник, 22 марта 2016 г.
XII GÜN
Bu gün təlimdə hazırladığımız blog yazılarının müzakirəsini etdik. Mövzunun öyrənilməsi planında mövcud olan müvafiq bölmələri yazıb, tamamladım. Eləcə də yüksək səviyyəli düşünmə vərdişlərinin suallarını cavablandırıb, portfolionun müəyyən olunmuş qovluğunda yerləşdirdim. Şagird blogunda son dəyişikliklər etdim.
XI GÜN
Bundan başqa cütlərlə şagird işlərinin müzakirəsini edib, bir-birimizin işlərinə müxtəlif rəy bildirdik.
понедельник, 21 марта 2016 г.
X GÜN
четверг, 17 марта 2016 г.
IX GÜN
Bu gün sosial şəbəkələrdən tədris prosesində necə təhlükəsiz istifadə etmək haqqında müzakirələr apardıq. Müxtəlif mülahizələr yürütdük.
Şagird işlərinin nümunələri ilə tanış olduq və şagird blogu yaratdıq. Daha sonra Veb 2.0 alətləri ilə daha ətraflı tanış olub, bir neçəsini öz təqdimatımıza tətbiq edərək yaratdıq. Learningapps.com ünvanında şagirdlərin marağına səbəb olacaq bir çox tapşırıqlarla tanış olub, onlardan bir neçəsini layihəmə əlavə etdim.
http://learningapps.org/display?v=pyetbidnv16
Bloggif.com ünvanında müxtəlif yazı və şəkillərə animasiyalar verdim,
viptalisman.com saytında istənilən rəsmlərə maraqlə çərçivələr hazırladım.
Photodex.com saytına qeydiyyatdan keçib, hazırlayacağım layihənin mövzusunda maraqlı video çarx hazırladım.
viptalisman.com saytında istənilən rəsmlərə maraqlə çərçivələr hazırladım.
вторник, 15 марта 2016 г.
VIII GÜN
Artıq təlimin 8-ci günündəyik. Bu gün Google alətləri ilə daha ətraflı tanış olduq. Google photo, drive və digər Veb 2.0 alətlərinin funksiyalarını mənimsəyib, həmin alətlərdən istifadə edə bilmək üçün müəyyən olunmuş saytlarda qeydiyyatdan keçdik və onları öz layihəmizə tətbiq etməyə başladıq.
Bundan başqa, URL ünvanları ilə tanış olduq. Hazırlayacağım layihədə lazım olacaq fotoları google axtarış sistemindən yükləyib, url ünvanlarını resurlar bölməsində qeyd etdim.Eyni zamanda mövzu planının yazılması ardıcıllığını müəyyən edib, layihə planında qeyd etdik.
суббота, 12 марта 2016 г.
VII GÜN
Bu gün təlimdə bir neçə google alətləri ilə tanış olduq və onların funsiyalarını öyrənib, tətbiq etməyə başladıq. Google drive diskində istənilən materialları təhlükəsiz vəziyyətdə saxlamaq imkanı olduğunu öyrəndik. Bir neçə qovluqlarımı diskdə yerləşdirdim.
Eləcə də hazırladığımız müəllim təqdimatını cütlər şəklində müzakirə etdik. Bir-birimizin təqdimatına rəy bildirdikdən sonra müəyyən dəyişiklik etdik.
Təlimçilər bizi XXI əsr bacarıqları haqqında materialları ilə tanış etdilər. Həmin materialdan layihəmizə uyğun müəyyən bacarıqlar seçib, layihə planına əlavə etdik.
четверг, 10 марта 2016 г.
VI GÜN
Bu gün hazırlayacağımız layihə üçün müəllim təqdimatına start verdik. Müəllim təqdimatı üçün nəzərdə tutulan xüsusiyyətlərlə təlimçilərimiz tərəfindən məlumatlandırıldıq. PowerPoint proqramında təqdimatı hazırlayıb, yekunlaşdırdım. Həmçinin şagirdlərin qrup işlərini müəyyənləşdirib, birlikdə müzakirə etdik.
пятница, 4 марта 2016 г.
V GÜN
Bu gün qiymətləndirmənin növləri ilə yenidən məlumatlandırıldıq. Layihə əzrində şagirdlərin işlərinin mütəmadi, eləcə də sonda hər bir şagirdin nəticəsinə əsasən summativ qiymətləndirmə həyata keçiriləcək.
BİBÖ cədvəlində mövzuya uyğun suallar tərtib etdik, daha sonra KLASTER üsulu ilə müxtəlif məlumatları yerləşdirib, maraqlı dizayn verdim.
четверг, 3 марта 2016 г.
IV GÜN
Təlim uğurla davam edir. Bu gün təlimçilərimiz ilə birlikdə blog yazıların müzakirəsini etdik. Hamımız bir-birimizin bloglarına münasibət bildirdik. Bundan başqa, Microsoft Publisher programıyla tanış olduq və layihədə fəal nəticə göstərəcək şagirdlər üçün müxtəlif sertifikatlar hazırladıq.
İşləyəcəyim mövzuya uyğun 2 standart və onlara uyğun təlim məqsədləri seçdim. Layihə üzərində tam səylə çalışıram.
вторник, 1 марта 2016 г.
III GÜN
Bu gün layihənin əsas sualları- TƏMƏL, MÖVZU, MƏZMUN ilə tanış olduq. Layihə zamanı hazırlayacağım mövzunu dəqiqləşdirib, ona uyğun təməl, mövzu və məzmun suallarını seçdim, təlimçilərimizlə müzakirə etdik. Mövzum- "Vidadi Nərimanbəyovun yaradıcılığında müharibə mövzusudur".
![]() |
UĞURLU OLACAĞINA İNANIRAM!
Подписаться на:
Сообщения (Atom)







