вторник, 29 марта 2016 г.

XV GÜN

Bu gün təlimimizin sonuncu günüdür. İştirakçılar təlim müddətində hazırladıqları layihələri və şagird bloglarını təqdim etdilər. Hər bir müəllimə ağ və qara opponent münasibət bildirdi. Sağ tərəfdə əyləşən ağ opponentlər layihənin müsbət tərəflərini, sol tərəfdə əyləşən qara opponentlər isə müxtəlif təkliflər etdilər. Müzakirələr bitdikdən sonra imtahan keçirildi. Nəticələrin uğurlu olacağına İNANIRAM!. :)

Təlimdən əldə etmək istədiyim hər bir şeyə nail oldum və bunun üçün təlimçilərimizə təşəkkür edirəm!


суббота, 26 марта 2016 г.

XIV GÜN

Təlimin bitməsinə çox az qalıb. Bu gün bütün sənədlərimi nəzərdən keçirib, yekunlaşdırdım. 

Mövzu planının  hər bir qovluğun düzgünlüyünü bir daha yoxladıqdan sonra portfoliomu tam hazır edib, təlimçilərə təhvil verdim.  

XIII GÜN

Bu gün fasilitasiya texnologiyalarından istifadə sənədi ilə tanış olduq və həmin sənəddə mövzuya uyğun müvafiq cavabları qey etdik. Bundan başqa, şagird bloglarının geniş müzakirəsini etdik. Müəllimlər bir-birinin işlərinə münasibət bildirirdilər. Layihə planını tamamən hazırlayıb, yekunlaşdırdım. 

вторник, 22 марта 2016 г.

XII GÜN

Bu gün təlimdə hazırladığımız blog yazılarının müzakirəsini etdik. Mövzunun öyrənilməsi planında mövcud olan müvafiq bölmələri yazıb, tamamladım. Eləcə də yüksək səviyyəli düşünmə vərdişlərinin suallarını cavablandırıb, portfolionun müəyyən olunmuş qovluğunda yerləşdirdim. Şagird blogunda son dəyişikliklər etdim.











XI GÜN

Şagird işlərinə yenidən baxış keçirib, dəyişikliklərin edilməsi ilə təlimə başladıq. Daha sonra şagird işlərinin qiymətləndirilməsi ətrafında müzakirələr apardıq və şagirdlərin özünüqiymətləndirmə sənədi ilə tanış olub, mövzünün öyrənilməsi planında ayırılmış müvafiq xanada qiymətləndirmənin hansı üsul və alətlərindən istifadə edəcəyimi qeyd etdim.
Bundan başqa cütlərlə şagird işlərinin müzakirəsini edib, bir-birimizin işlərinə müxtəlif rəy bildirdik.








понедельник, 21 марта 2016 г.

X GÜN

Təlim uğurla davam edir. Bu gün şagird blogları üzərində kifayət qədər işlədik. İşləyəcəyim layihəmə uyğun maraqlı məlumat və fotolar toplayıb, blogunda yerləşdirdim. Şagirdlərin maraqlı məlumatlar etməsi üçün müxtəlif faktlar, xronika, videolar və s.  əlavə etdim. Blogunun dizaynına da müxtəlif dəyişikliklər edib, saat, kalendar, animasiyalar yerləşdirdim.

четверг, 17 марта 2016 г.

IX GÜN

Bu gün sosial şəbəkələrdən tədris prosesində necə təhlükəsiz istifadə etmək haqqında müzakirələr apardıq. Müxtəlif mülahizələr yürütdük. 
Şagird işlərinin nümunələri ilə tanış olduq və şagird blogu yaratdıq. Daha sonra Veb 2.0 alətləri ilə daha ətraflı tanış olub, bir neçəsini öz təqdimatımıza tətbiq edərək yaratdıq. Learningapps.com ünvanında şagirdlərin marağına səbəb olacaq bir çox tapşırıqlarla tanış olub, onlardan bir neçəsini layihəmə əlavə etdim.
http://learningapps.org/display?v=pyetbidnv16
 

Bloggif.com ünvanında müxtəlif  yazı və şəkillərə animasiyalar verdim,

viptalisman.com saytında istənilən rəsmlərə maraqlə çərçivələr hazırladım. 
Photodex.com saytına qeydiyyatdan keçib, hazırlayacağım layihənin mövzusunda maraqlı video çarx hazırladım.